Gürcüstanda şəhər meri vəzifəsinə Mixeil Saakaşvilinin həyat yoldaşının namizədliyi irəli sürülüb

Gürcüstanda şəhər meri vəzifəsinə Mixeil Saakaşvilinin həyat yoldaşının namizədliyi irəli sürülüb
16:22 22 Mart 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın “Güc birlikdədir” siyasi birliyi keçmiş prezident Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsun Zuqdidi şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürüb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qərar bu gün birləşmiş müxalifətin toplantısında qəbul olunub.
S.Rulofs 2016-cı ildə Zuqdidi şəhərindən majoritar deputat qismində parlament seçkilərində iştirak edib. O, seçkilərin ikinci turunda iştirakdan imtina etmişdi.
Qeyd edək ki, Zuqdidi bələdiyyəsinin meri vəzifəsi ötən ilin sentyabrında Laşa Gogianın istefasında sonra boş qalıb. Zuqdididə növbədənkənar mer seçkiləri bu ilin mayında keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-seher-meri-vezifesine-mixeil-saakasvilinin-heyat-yoldasin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR