Ukrayna metrosunda BOMBA HƏYƏCANI

Ukrayna metrosunda BOMBA HƏYƏCANI
16:24 22 Mart 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın Xarkov şəhərində metroda planlaşdırılan bombalı hücumun qarşısı alınıb. Bu barədə Lent.az Urkayna mətbuatına istinadən bildirir.
 
Ukrayna Təhlükəsizlik Xidməti, Xarkov metrosuna bombalı hücum hazırlığında şübhəli bilinənə bir nəfəri saxlayıb.
 
Hücum planının "Rusiya gizli xidmət orqanları tərəfindən" hazırlandığı iddia edilir: “Metroda bombalı hücum planı ölkədə prezident seçkiləri öncəsi ictimai və siyasi sabitliyi pozmaq məqsədi daşıyır”.
 
Ukrayna Təhlükəsizlik Xidməti Rusiya kəşfiyyatının hücumu reallaşdırması üçün şübhəli şəxsə 15 min dollar ödədiyini də iddia edir.
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/309141

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR