Goranboyda dəhşətli qəza

Goranboy rayonunda “Mercedes” markalı yük avtomobili və "Ford" markalı minik avtomobili toqquşub.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində minik avtomobilinin yanar hissələri yanıb.

Yanğının kəşfiyyatı zamanı minik avtomobilində aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR