Kürdəmirdə yol qəzası nəticəsində 2 nəfər xəsarət alıb

Kürdəmirdə yol qəzası nəticəsində 2 nəfər xəsarət alıb
20:02 22 Mart 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 212 km-də qeydə alınıb.
Belə ki, "VAZ-2106""VAZ-21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Qarabucaq kənd sakinləri - 1990-cı il təvəllüdlü Vüqar Mahmud oğlu Mehdiyev və 2001-ci il təvəllüdlü Pünhan Şöhrət oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-yol-qezasi-neticesinde-3-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR