Bütün dünya ONU GÖZLƏYİRDİ: vətəndaş müharibəsi, Trampın impiçmenti və...

Bütün dünya ONU GÖZLƏYİRDİ: vətəndaş müharibəsi, Trampın impiçmenti və...
01:48 23 Mart 2019
118 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın xüsusi prokuroru Robert Müller Rusiyanın Birləşmiş Ştatlarda 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxiləsinə dair araşdırmanı başa çatdırıb.

Publika.az xəbər verir ki, bu haqda amerika Ədliyyə Nazirliyinə istinadən CNN telekanalı bildirib.

Qeyd edilir ki, hesabat ABŞ-ın ədliyyə naziri Uilyam Barriyə verilib.

Qeyd edək ki, seçkilərə Rusiya müdaxiləsi üzrə xüsusi hesabatda Rusiyanın seçkilərə müdaxiləsi və Donald Trampa prezident seçilməsi üçün kömək göstərdiyi təsdiqini taparsa, ABŞ-da çox ciddi dəyişikliklərin olacağı, proseslərin prezident Donald Trampın impiçmentinə qədər gedəcəyi, hətta vətəndaş müharibəsinin baş verəcəyi və ölkənin parçalanacağı proqnozlaşdırılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/273454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR