WhatsApp-da YENİ FUNKSİYALAR

WhatsApp-da YENİ FUNKSİYALAR
11:05 23 Mart 2019
Ölkə mətbuatı
A- A+

WhatsApp istehsalçıları ismarışlar barədə əlavə məlumat toplaya biləcək və spam olub olmadığı barədə yoxlama apara biləcək yeni funksiyanı test edirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, funksiya "yönləndirmə haqqında məlumat" adlanır.

Bu funksiya ilə istifadəçi alınan ismarışın neçə dəfə yönləndiyi barədə məlumat əldə edəcək.

Daha bir funksiya isə bundan ibarətdir: 4 dəfədən artıq yönləndirilən ismarışlar xüsusi simvolla qeyd olunacaq.

İstehsalçılar bu funksiyanı tez-tez yönləndirilən ismarışları müəyyən etmək üçün əlavə ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/hitech/741043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR