Rus hərbi bazası mühasirəyə alınır

Rus hərbi bazası mühasirəyə alınır
19:41 14 Yanvar 2015
114 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın polisi nümayişçilərə qarşı hərkətə keçdi.

ANS PRESS-in məlumatına görə, Şirak vilayətinin prokuroru Raffi Aslanyan göstəriş verib ki, Rusiya hərbi bazası ərazisində yaranmış gərgin vəziyyət aradan qaldırılsın.

O, artıq bir saata yaxındır ki, hərbi bazanın ətrafında toplaşmış etirazçıları ərazini tərk etməyə və aksiyanı prokurorluğun binası qarşısında davam etdirməyə çağırır.

Aslanyan nümayişçilərə təklif edib ki, prokurorluğun binasında 15-20 insandan ibarət qrupla jurnalistlərsiz görüş keçirilsin. Lakin ermənilər bununla razılaşmayıb. Onları hərbi bazanın ətrafını mühasirəyə almağa çalışır.

Aksiyaçılar geriyə çəkilməkdən imtina edirlər.

Onlar 6 nəfəri qətlə yetirən Valeri Permyakovun bir müddətdən sonra Ermənistan tərəfinə təhvil veriləcəyi barədə zəmanət verməyi tələb edirlər.

Hazırda hərbi bazanın ətrafında gərginlik davam edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319714

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR