BTQ üçün alınan qatar Türkiyəyə çatdırılıb

BTQ üçün alınan qatar Türkiyəyə çatdırılıb
14:17 23 Mart 2019
Ölkə mətbuatı
A- A+

İsveçrənin "Stadler" şirkəti tərəfindən Azərbaycan Dəmir Yolları üçün istehsal edilən Bakı-Tbilisi-Qars-Ankara-Bakı reysini yerinə yetirəcək 10 vaqondan ibarət sərnişin qatarı Türkiyəyə çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gecə səfərlərini yerinə yetirəcək qatarda 9 yataqlı vaqon və bir yemək vaqonu var. Türkiyəyə lokomotivlə aparılan yeni nəqliyyat vasitəsi Türkiyə-Gürcüstan sərhədindən keçirilərək Azərbaycana gətiriləcək. 

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində Ankara-Bakı, Bakı-Ankara reyslərini yerinə yetirəcək qatarın səfərləri 2019-cu ilin sonundan etibarən gerçəkləşdiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/741127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR