Bakı-Ankara-Bakı 4 kateqoriyalı sərnişin qatarı Türkiyədə - İlk reys

Bakı-Ankara-Bakı 4 kateqoriyalı sərnişin qatarı Türkiyədə - İlk reys
14:24 23 Mart 2019
110 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkətində istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Türkiyəyə çatıb.
 
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
 
Bildirilir ki, Bakı-Tbilisi-Qars-Ankara-Bakı xəttində hərəkət edəcək qatarda doqquz sərnişin vaqonu, bir restoran var. İsveçrədən Türkiyəyə öz hərəkəti ilə gələn qatar qısa zamanda Qarsdan Bakıya yola salınacaq.
 
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında Bakı-Tbilisi-Qars marşrutu üçün vaqonların istehsalına dair müqavilə imzalanıb. "Stadler" şirkətinə sifariş olunmuş 30 ədəd vaqon "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyadan ibarətdir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/309184

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR