Tovuzda qədim alban izləri

Tovuzda qədim alban izləri
19:42 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

E.ə. 2-ci minillikdə Qafqazda məskunlaşmağa başlayan albanlar geniş ərazini əhatə ediblər. Bu gün bir çox yerlərdə - tarixi abidələrdə onların izlərinə rast gəlmək mümkündür. Elə Tovuzda bir hektar ərazisini əhatə edən qəbiristanlıq kimi.

Türkel TV (Region TV) xəbər verir ki, orada 70-ə yaxın qədim məzar var. Məzar daşlarının erroziyaya uğramasına baxmayaraq bəzilərində albanlara məxsus işarələri aydın görmək olur. Məzar daşları sal qaya daşlarından yonularaq hazırlanıb və müasir qəbirlərdən xeyli fərqlidir.
Tarixçi Nəriman Qurbanov: "Baş daşlarından istifadə son dövrlərə aiddir. Bu, təxminən 17-ci əsrdən sonrakı tarixə aiddir. Ondan əvvəlki dövrlərdə qəbirlər ancaq sinə daşlarıdır. Hər hansı yazılar bu sinə daşlarının üstündə yazılırdı".
 
Yazılanlara gəlincə, qədim alban əlifbasındakı 52 hərfin bəzilərinə qəbir daşlarının üzərində rast gəlmək olur. Lakin vaxt ötdükcə bu hərflərin əksəriyyəti oxunmaz hala düşür. Elə sakinləri də narahat edən budur. Onlar bu ərazinin qorunmasını istəyir. Məlumat üçün deyək ki, bu qədim qəbiristanlıq tarixi abidə kimi, hələ ki, qeydiyyata alınmayıb.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/319077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR