Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 212-yə çatıb

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 212-yə çatıb
09:17 24 Mart 2019
37 Dünya
Ölkə mətbuatı
A- A+

Braziliyanın Minas-Jerays ştatında bəndin dağılması nəticəsində ölənlərin sayı 212 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "G1" xəbər portalı Minas-Jerays ştatının mülki müdafiə xidmətinə istinadən xəbər verir. Daha əvvəl 207 nəfərin öldüyü bildirilirdi.

Son məlumatlara əsasən, 98 nəfər itkin düşmüş sayılır.

Qeyd edək ki, yanvarın 25-i Braziliyanın Minas-Jerays ştatında "Vale" şirkətinin metallurgiya sənayesinin tullantılarının olduğu suyu saxlayan bənd dağılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/741229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR