Omar Momanidən Ramil Şeydayevin qoluna karikatura - FOTO

Omar Momanidən Ramil Şeydayevin qoluna karikatura - FOTO
09:47 24 Mart 2019
98 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin Xorvatiyaya yığmasının qapısına vurduğu qol məşhur idman karikaturaçısı Omar Momaninin diqqətindən yayınmayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, O.Momani Şeydayevin Xorvatiya millisinə vurduğu qolla bağlı karikatura hazırlayıb.

Karikaturada Şeydayevin qol vurduğu an əks olunub, bundan əlavə, Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviç və Luka Modriç də daxil olmaqla, üç xorvatiyalı futbolçu göstərilib.

Xatırladaq ki, martın 21-də Avro-2020-nin təsnifat mərhələsi çərçivəsində keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

R.Şeydayev matçın 19-cu dəqiqəsində gözəl zərbə ilə hesabı açıb. Meydan sahiblərinin bərabərlik qolunu oyunun 44-cü dəqiqəsində Borna Barisiç vurub. Görüşün 79-cu dəqiqəsində isə Andrey Kramariç Xorvatiyaya qələbə qazandıran qolu vurub.

E qrupunda yer alan Azərbaycan millisi Avropa çempionatına düşmək üçün Xorvatiya ilə yanaşı, Slovakiya, Uels və Macarıstanla mübarizə aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/741237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR