Azərbaycanın rəqibləri məlum oldu

Azərbaycanın rəqibləri məlum oldu
19:48 14 Yanvar 2015
148 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Sərbəst, yunan-Roma və qadın güləşi üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, püşkatma mərasimi bu gün İsveçrənin Lozanna şəhərində baş tutub.

Ötən ilin dünya çempionatında hər üç növ üzrə güləş yığmalarımız Dünya Kuboku yarışlarında iştirak haqqı qazanıb.

Yunan-Roma güləşi

A qrupu

İran
Azərbaycan
İsveç
Almaniya

B qrupu

Rusiya
Macarıstan
Ermənistan
Türkiyə

Qadın güləşi

A qrupu

Yaponiya
Polşa
ABŞ
Azərbaycan

B qrupu

Rusiya
Ukrayna
Monqolustan
İsveç

Sərbəst güləş

A qrupu

Rusiya
Kuba
ABŞ
Monqolustan

B qrupu

İran
Belarus
Azərbaycan
Türkiyə

Xatırladaq ki, yunan-Roma güləşi üzrə Dünya Kuboku fevralın 19-20-də İran İslam Respublikasının paytaxtı Tehranda, qadın güləşi üzrə Dünya Kuboku 7-8 martda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində və sərbəst güləş üzrə Dünya Kuboku yarışları isə, aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində baş tutacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR