Xanım müğənnidən ŞOK AÇIQLAMA - "Onunla bir gecəlik münasibətimiz oldu"

Xanım müğənnidən ŞOK AÇIQLAMA - "Onunla bir gecəlik münasibətimiz oldu"
13:43 24 Mart 2019
180 Şou
Ölkə mətbuatı
A- A+

Ötən əsrin 90-dı illərinin ən məşhur qruplarından olan Spice Girls yenidən fəaliyyətə başlayır. Viktoriya Bekhem istisna olmaqla digər üzvlər 12 il sonra yenidən dünya turuna çıxacaqlar.

Publika.az xəbər verir ki, səfərə 2 ay qalmış qrup üzvlərindən Mel B sensasiyalı açıqlaması ilə gündəm yaradıb.

İngiltərədə ən çox izlənilən Pier Morganla Həyat Hekayələri verilişində 43 yaşlı müğənni qrup üzvlərindən biri ilə tək gecəlik münasibətinin olduğunu deyib.

Qrup üzvlərindən Hallivell ilə çox yaxın dost olduğunu deyən Mel B yaşadıqları münasibətin davamlı olmadığını deyib.

“Onun çox gözəl sinəsi var idi. Bəlkə də, bunları dediyim üçün əri məni öldürə bilər. Amma ondan da soruşsalar inkar etməyəcəyini düşünürəm.Çünki əyləncəli idi”.

Geri Hallivel isə bu hadisədən sonra heç bir açıqlama verməyib. Lakin Mel B-nin qrup üzvlərinə zəng edərək üzr istədiyi bildirilir.

Qeyd edək ki, Formula 1 üzvlərindən Red Bullun rəhbəri Kristian Horner ilə evil olan Hallivel bir neçə il əvvəl verdiyi reportajda Mel B-nin qrupun ən seksi üzvü olduğunu demişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/273546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR