“Aydın özü də bilirdi ki, öləcək”

“Aydın özü də bilirdi ki, öləcək”
14:05 24 Mart 2019
159 Şou
Ölkə mətbuatı
A- A+

Aydın haqqında deyiləsi söz çoxdur. Meyxana üçün böyük itkidir. Onunla, demək olar ki, hər gün danışırdım. Biz və bizdən böyük meyxanaçılar ondan çox şey öyrənib. 

Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında meyxanaçı Aydın Xırdalanlının yaxın dostu, həmkarı Ələkbər Yasamallı deyib. 

Dəfn mərasimində iştirak edən ifaçı bildirib ki, A.Xırdalanlı Almaniyada müalicədən imtina edib: "Almaniyada bir dostumuz var, deyirdi ki, Aydın ailəsi ilə gəlsin, bütün xərclərini qarşılayıb onu müalicə etdirim. Amma getmədi. Aydın bizi ölümünə öyrəşdirdi. Xəstə idi. Aydın özü də bilirdi ki, öləcək. Hər şey anidən baş vermədi".  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/741284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR