DİQQƏT! Bakıda yağış, bu rayonlarda isə qar yağacaq

DİQQƏT! Bakıda yağış, bu rayonlarda isə qar yağacaq
14:18 24 Mart 2019
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidreometerologiya Departamentindən Publika.az-a verilən məlumata görə, gecə və axşam yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.Nisbi rütubət 80-90 % olacaq.

Martın 24-ü axşamdan 26-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, 25-də yarımadanın bəzi yerlərində arabir 30 m/s külək əsəcək. Fasilələrlə yağış yağacaq. Havanın temperaturu 6-8° isti olacaq.

Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-4° isti təşkil edəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/273551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR