Azərbaycanlı idmançı "Tokio 2020"-yə lisenziya şanslarını artırıb - FOTO

Azərbaycanlı idmançı "Tokio 2020"-yə lisenziya şanslarını artırıb - FOTO
14:22 24 Mart 2019
33 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qılıncoynatma idman növü üzrə idmançısı Aytəkin Həsənova baş məşqçi Asəf Məlikovun rəhbərliyi altında 20-24 mart tarixlərində İtaliyanın Pisa şəhərində keçirilən Dünya kubokunda iştirak edib.

Qeyd edək ki, yarış Tokio 2020 Yay Paralimpiya Oyunlarına reytinq xalı qazandırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Aytəkin Həsənova Dünya kubokunda bütün görüşlərini başa vurub. O, çıxış etdiyi hər 3 növdə 4 reytinq xalı qazanıb və bununla lisenziya qazanmaq şansını artırıb.

Bu günə olan nəticələrə görə, idmançımız çıxış etdiyi 2 kateqoriyada 18-ci yer, və diqər 1 kateqoriyada isə 12-ci yerdə gərarlaşıb. Xatırladaq ki, 31 may 2020-ci ilədək reytinq cədvəlində ilk 25 yeri tutan idmançılar Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq hüququna malikdir.

İdmançımıza növbəti yarışlarda uğurlar arzulayırıq!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/741287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR