Hazarddan "Real Madrid"ə keçidi haqda açıqlama

Hazarddan "Real Madrid"ə keçidi haqda açıqlama
17:42 24 Mart 2019
113 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin belçikalı yarımmüdafiəçisi Eden Hazard "Real Madrid"ə mümkün keçidi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, bunların hamısının, sadəcə, şayiə olduğu dilə gətirib.

Forvardın İngiltərə komandası ilə cari müqaviləsi bu mövsümün sonunda bitir. KİV-in yazdığına görə, Belçika milli komandasının yarımmüdafiəçisi üçün əsas iddiaçı ona 65 milyon avro təklif etməyə hazır olan İspaniya komandasıdır.

"Bütün bunlar yalnız bir şayiədir. Onlarda heç bir həqiqət yoxdur. Mən diqqətimi tam olaraq qarşıda Kipr milli komandası ilə keçirəcəyimiz oyuna yönəltmişəm. İndi başqa heç bir şey haqda düşünmürəm", - deyə "Sky Sport" Hazardın sözlərini sitat gətirib.

Daha əvvəl Eden Hazardın "Real Madrid"ə keçməyə razılıq verdiyi barədə xəbər yayılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/741320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR