"Barselona" ilə "Real" arasında mübarizə

"Barselona" ilə "Real" arasında mübarizə
18:27 24 Mart 2019
114 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" və "Real Madrid" eyni futbolçu uğrunda mübarizə aparır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, iki İspaniya nəhəngi "İnter"in 24 yaşlı ulduzu Milan Skriniarı heyətinə qatmaq istəyir. Hər iki klub yayda slovakiyalı stoperi heyətinə qatmağa çalışır.

Məsələ ilə bağlı açıqlama verən Skriniarın agenti Mitat Halis "6 ay əvvəl "Mançester Siti" Skriniar üçün 55 milyon avro təklif etmişd. İndi dəyəri 100 milyon avrodur" deyərək transfer xəbərini dolayısıyla təsdiqləyib.

Qeyd edək ki, Skriniar 2017-ci ilin yayında "Sampdoriya"dan "İnter"ə 28 milyon avroya transfer olunmuşdu. 24 yaşlı slovakiyalı mərkəz müdafiəçisi bu mövsüm 36 rəsmi oyunda forma geyinib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/741327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR