Tarlanın ortasında pivə dolu soyuducu tapdılar - FOTO

Tarlanın ortasında pivə dolu soyuducu tapdılar - FOTO
18:47 24 Mart 2019
128 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hər cür möcüzə görmüşdük, tarlanın ortasında pivə dolu soyuducu tapılmasını yox.

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, 2 amerikalı belə möcüzənin şahidi olub. Kayl Simpson və Qeylend Stauffer evə yolu qısaltmaq qərara gəliblər. Tarladan keçəndə qarşılarına soyuducu çıxıb. İçinə baxanda şoka düşüblər. Soyuducu pivə bankaları ilə dolu imiş. Simpson dərhal bunu möcüzə adlandırıb: "Yəqin göydən göndəriblər".

Amerikalı dostlar soyuq pivədən içəndən sonra selfi çəkdirməyi də unutmayıblar. Onlar qısa zamanda internetdə məşhurlaşıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/741330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR