Bir gündə 7 nəfəri it dişləyib - VİDEO

Bir gündə 7 nəfəri it dişləyib - VİDEO
22:59 24 Mart 2019
104 Digər
Ölkə mətbuatı
A- A+

Ağstafada sahibsiz itlər çoxalıb. Bu canlılar sürü ilə şəhərin mərkəzində gəzirlər.
 
 
Sahibsiz itlər sakinlərə hücum edir. Təkcə ötən gün 7 nəfər it dişləməsi diaqnozu ilə xəstəxanaya müraciət edib. Xəsarət alanların hamısı kənd sakinləridir.
 
 
Sakinlərin sözlərinə görə, son günlər rayon ərazisində oxşar hadisələr tez-tez baş verir. Sahibsiz itlər şəhərin mərkəzindəki istirahət parkınadək gəlirlər.
 
 
Ağstafa Baytarlıq İdarəsinin rəisi Nofəl Qasımov "Xəzər-Xəbər"ə bildirdi ki, indiyədək 6200 baş itə quduzluq əleyhinə peyvənd vurulub. Lakin sahibsiz itlərə nəzarət və ya onlara qarşı mübarizə tədbirləri idarənin səlahiyyətləri çərçivəsində deyil.
 
 
Görünür, sakinlər bu təhlükədən ya qaçmaqla, ya da özlərini müdafiə etməklə yaxa qurtara bilərlər.
 
 
(Xezerxeber.az )

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/309271

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR