Tereza Mey "Brexit"lə bağlı təcili iclas keçirib

Tereza Mey "Brexit"lə bağlı təcili iclas keçirib
23:42 24 Mart 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın baş naziri Tereza Mey Bakinhemşir qraflığındakı şəhərkənarı Çekers iqamətgahında "Brexit"ə həsr olunmuş təcili iclas keçirib.
“Report” xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.
Britaniya mətbuatının yazdığına görə, iclas iştirakçıları arasında Mey aparatının rəhbəri Devid Lidinqton, "Brexit" üzrə nazir Stiven Barkli və ətraf mühit naziri Maykl Qouv, həmçinin Mühafizəkarlar Partiyasının bir neçə üzvü olub.
Ötən gün Londonda "Brexit"ə qarşı bir milyon nəfərin iştirakı ilə yürüş keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tereza-mey-brexit-le-bagli-tecili-iclas-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR