Türkiyə Qolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq

Türkiyə Qolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq
02:29 25 Mart 2019
92 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Tural Turan - Trend:

Türkiyə Qolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq. Trend-in məlumatına görə, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli televiziyaya müsahibəsində bildirib.

Ərdoğan qeyd edib ki, BMT bu məsələ barədə artıq mövqeyini bildirib. Bundan əlavə Türkiyə Prezidenti Trampla görüşüb ona Netanyahuya seçkilərə Qolan yüksəkliklərini “qızıl sinidə” hədiyyə etməklə böyük səhv edir.

“Bu bütün dünyaya təhdiddir. Türkiyə Qolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq.”, deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Tramp 21 martda Twitter-də yazmışdı ki, ABŞ-ın Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanımaq vaxtı gəlib çatıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3036751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR