Azərbaycanın kino tarixində ilk (VİDEO)

Azərbaycanın kino tarixində ilk (VİDEO)
19:56 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

20 Yanvar hadisələrinin 25-ci ildönümünü qeyd etməyimizə sayılı günlər qalıb. 25 il əvvəl sovet ordusuna müqavimət göstərən, meydanlara çıxıb mübarizə aparanlara, həmin gecənin canlı şahidi kinorejissor Vahid Mustafayev “Qanlı Yanvar” filminin hazırlıq işləri artıq yekunlaşır. “Qanlı Yanvar”ın filminin afişaları şəhərin müxtəlif yerlərində asılıb. Yanvarın 20-si, ümumrespublika nümayişinə çıxarılacaq filmin treyleri kinoteatrlarda nümayiş olunur.

ANS TV-nin məlumatına görə, 20 Yanvar hadisələrinin 25-ci ildönümünə həsr olunan “Qanlı Yanvar” filminin afişaları paytaxtın müxtəlif yerlərində asılıb. Əsasən Bakının mərkəzi küçələrində afişaların asılması könüllülərin iştirakı ilə gecə saatlarına qədər davam edib.

Artıq nümayişə tam hazır olan “Qanlı Yanvar” filmi rejissor Vahid Mustafayevin Azərbaycanın ən yeni tarixinə işıq salan ikinci işidir. Bundan əvvəl təqdim olunan “Xoca” filmi kimi “Qanlı Yanvar” da böyük maraqla gözlənilir. Filmin treylerini izləyənlərin təəssüratı belə deməyə əsas verir.

Filmin treylerini izləyən tamaşaçılar da razıdır.

Tamaşaçı Aftandil Bayramlı: Hələ ki “Qanlı Yanvar” filminin treylerinə baxmışam. Hesab edirəm ki, filmin özü treylerdən geri qalmayacaq. Filim çox səviyyəli alınıb. Mənə elə gəlir ki, bu çoxdan edilməli idi. Bu işdə zəhməti olanaların hər birinə minnətdaram”.

“Qanlı Yanvar” filinin treylerinə baxdığını və çox bəyəndiyini deyən tamaşaçı Azər Orucov isə filmin tamaşaçılara təsirli anlar yaşadacağını bildirdi.

“Qanlı Yanvar” filminin əsas süjet xətti Azərbaycanın şanlı səhifəsi, müstəqillik yolunun başlanğıcı - 20 Yanvar hadisələri üzərində qurulub. Rejissorun özünün bu hadisələrin canlı şahidi olması filmdə 25 il əvvəlki tarixin olduğu kimi bədiiləşməsinə yardımçı olub. Həmin vaxt sovet ordusunun hərb maşınından keçirdiyi Azərbaycan xalqının qətliamı insanlığa qarşı törədilən ən dəhşətli cinayət kimi bəşər tarxinə düşsə də, kino tarixində ilk dəfə “Qanlı Yanvar” filmi bu hadisələri əbədiləşdirdi.

Müstəqillik salnaməsinin yazılmasında iştirak edənlərin və bu hadisələrin şahidi ola bilməyən bütün insanların “Qanlı Yanvar”ı izləməsi üçün Azərbaycan kino tarixində ilk dəfə ümumxalq nümayişi keçiriləcək.

Bütün ölkə üzrə eyni vaxtda baş tutacaq nümayiş yanvarın 20-dən başlayacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=319709

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR