İranın qeyri-neft sektorunda ən çox mal idxal etdiyi dövlətlərin adları açıqlanıb

İranın qeyri-neft sektorunda ən çox mal idxal etdiyi dövlətlərin adları açıqlanıb
09:57 25 Mart 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

İranın qeyri-neft sektorunda mal idxalatında Türkiyə 3-cü yerdədir.
“Report” “Yeniakit”ə istinadən xəbər verir ki, bu barədə Tehranın Ticarət Palatsı məlumat yayıb.
Son bir ildə Türkiyə İrana 2 milyard 261 milyon dollarlıq mal ixrac edib.
Birinci yerdə 9 milyard 375 milyon dollarlıq ixracatla Çin qərarlaşıb. Birləşmiş Ərəb Əmirliyi isə hesabat dövründə 5 milyard 919 milyon dollarlıq mal ixrac edib. 4-cü yeri 2 milyard 211 milyon dollarlıq ixracatla Hindistan, 5-ci yeri Almaniya (2 milyard 177 milyon dollarlıq), 6-cı yeri İsveçrə (bir milyard 989 milyon dollar) tutur. Rusiya isə 1 milyard 139 milyon dollarlıq mal ixrac etməklə 8-ci yerdədir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-slam-respublikasinin-mal-idxalatcilarina-cin-liderlik-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR