İranda benzin borusu yanır

İranda benzin borusu yanır
12:12 25 Mart 2019
54 Dünya
Ölkə mətbuatı
A- A+

İranın cənubunda, Xuzistan vilayətindən paytaxt Tehrana benzinin nəql olunduğu borunun Şuş rayonundan keçən hissəsində yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Xuzistan vilayəti Şuş rayon qubernatoru Adnan Qəzi İRNA-ya açıqlamasında deyib.

A.Qəzi bildirib ki, yerli vaxtla saat 09:30-da boru kəmərində çürümə və deşilmə səbəbindən partlayış baş verib.

O əlavə edib ki, hadisə yerinə yanğınsöndürmə briqadaları ezam olunub: "Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/741489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR