Sumqayıta elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Sumqayıta elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
12:12 25 Mart 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bunu "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. 
Onun sözlərinə görə, fasilə Sumqayıt Dəmiryolu İdarəsinin tunel tikintisi ilə bağlıdır.
"Sumqayıt Dəmiryolu İdarəsi tunel-keçid tikir. Bu səbəbdən də həmin ərazidən elektrik xəttlərinin köçürülməsi həyata keçirilməlidir. Köçürülmə səbəbindən Sumqayıtın 8, 9, 10, 11, 17 18-ci mikrorayon ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Fasilə müxtəlif saatlarda ayrı-ayrı əraziıərdə 1 saata qədər davam edəcək", - T.Mustafayev əlavə edib.
"Azərişıq" ASC yaranacaq narahatlığa görə, abunəçilərdən üzr istəyib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/sumqayita-elektrik-enerjisinin-verilisinde-mehdudiyyet-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR