Bu gün Sumqayıtın bir hissəsində işıq olmayacaq

Bu gün Sumqayıtın bir hissəsində işıq olmayacaq
12:27 25 Mart 2019
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Milli.Az bildirir ki, bu barədə Trend-ə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Qurum rəsmisi bildirib ki, fasiləyə səbəb Sumqayıt Dəmiryol İdarəsinin tunel çəkilişi ilə bağlı işlərə başlamasıdır:

"Sumqayıt Dəmiryol İdarəsi tunel-keçid tikir. Bu səbəbdən də həmin ərazidən elektrik xətləri köçürülməlidir. Köçürülmə səbəbindən Sumqayıtın 8, 9, 10, 11, 17 və 18-ci mikrorayon ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq".

O əlavə edib ki, fasilə müxtəlif vaxtlarda ayrı-ayrı ərazilərdə 1 saata qədər davam edəcək: "Azərişıq" ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/741498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR