ABŞ-da İsrail lobbi təşkilatının toplantısı başladı - Milyonlarla dollar...

ABŞ-da İsrail lobbi təşkilatının toplantısı başladı - Milyonlarla dollar...
12:37 25 Mart 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Vaşinqtonda Amerika İsrail Xalqlar Əlaqələr Komitəsinin (AİPAC) illik toplantısı işə başlayıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, İsrailin ən böyük lobbi təşkilatı olan AİPAC-nin illik toplantısı 3 gün davam edəcək.
Toplantıda 10 mindən çox insanın iştirakı planlaşdırılıb.

Konqresin Demokrat və Respublikaçı fraksiyalarının dəstəklədiyi toplantıda ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və Qolan təpələrinin İsrail torpaqları sayılması, habelə İsrailin təhlükəsizliyi məsələlərinin müzakirəsi gözlənilir.

O da bəlli olub ki, 2020-ci ildə keçiriləcək prezident seçkilərində Donald Trampın rəqibləri olacaq demokrat namizədlər toplantıya qatılmır.

Qeyd edək ki, 1950-ci illərdə ABŞ-da, sadəcə, kiçik lobbi qrupu kimi fəaliyyət göstərən AİPAC hazırda hər il Konqresə milyonlarla dollar hədiyyə verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/amerika/741480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR