İsmayıllının daha bir kəndinə təbii qaz verilib

İsmayıllının daha bir kəndinə təbii qaz verilib
12:42 25 Mart 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün İsmayıllı rayonunun Qalacıq kəndinə ilk dəfə təbii qaz verilib.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Report”a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Bildirilib ki, 655 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 58 min 308 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.




Xəbərin orijinal ünvanı: https://report.az/energetika/i-smayillinin-daha-bir-kendine-tebii-qaz-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR