Doyulen sagird haqda yeni fakt

Doyulen sagird haqda yeni fakt
20:01 14 Yanvar 2015
394 Sosial
Ölkə mətbuatı
A- A+

Sumqayit seher Tehsil Sobesi 37 sayli orta mektebin VI sinif sagirdi Punhan Tanriverdiyevin muellimesi Gulsare Quliyeva ve sinif yoldasi Emin Mestanov terefinden doyulmesi ile bagli meseleye munasibet bildirib.

ANS PRESS-in melumatina gore, Tehsil Sobesinden APA-nin sorgusuna verilen cavabda qeyd olunub ki, sagird P. Tanriverdiyevin doyulmesi fakti ile bagli mektebde arasdirma aparilib.

Arasdirmada P. Tanriverdiyevin valideyni Sitare Tanriverdiyeva, mektebin direktoru Elsad Eyvazov, 6b-nin sinif rehberi G. Quliyeva, mektebin terbiye isleri uzre direktor muavini Baba Babayev ve mektebin psixoloqu Zeyneb Akimova istirak edibler. Arasdirma zamani sagird sinif rehberinin onu doymediyini etiraf edib. Valideyn de sohbet zamani qeyd edib ki, internet saytina melumat vererken ovladinin sinif rehberi terefinden doyulduyunu deyil, sinif yoldasi Eminle dalasdigi ve Eminin Punhani vurdugunu deyib. Valideyn izahat yazmaqdan imtina edib.

Hemcinin melum olub ki, E. Mestanovla P. Tanriverdiyev eyni erazide yasayirlar, bir nece gun evvel usaqlar heyetde futbol oynayarken aralarinda mubahise yaranib. Yanvarin 9-da teneffus zamani hemin sagirdler arasinda mektebde yeniden mubahise dusub ve onlar bir-birini iteleyibler. Bu zaman P. Tanriverdiyevin basi sinif otaginin divarina deyib. Hemin vaxt otaqda hec bir muellim olmayib. P. Tanriverdiyev sinif rehberine bu barede hec bir melumat vermeyib, novbeti gunlerde ise derslerde istirak edib. Sinif rehberi G. Quliyeva ise bu barede yanvarin 14-de mektebde arasdirma aparilan zaman xeber tutub.

Butun bunlara baxmayaraq, sagirdler arasinda sexsi munasibetlerin tenzimlenmesi isini zeif teskil etdiyine, elverisli telim-terbiye muhiti yaratmadigina gore G. Quliyeva ve mektebin terbiye isleri uzre direktor muavini B. Babayeve mektebdaxili tohmet elan edilib, mektebin psixoloqu Z. Akimovaya ise xeberdarliq olunub.

Qeyd edek ki, bu gun bezi KIV-lerde Sumqayitda yerlesen 37 sayli orta mektebin VI sinif sagirdi P. Tanriverdiyevin muellimesi ve sinif yoldasi terefinden doyulmesi ile bagli melumat yayilib. Melumatda qeyd olunub ki, basindan coxsayli zerbeler alan mekteblinin sehheti agirdir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR