AÇ-2020-nin talismanı bəlli oldu

AÇ-2020-nin talismanı bəlli oldu
15:12 25 Mart 2019
75 İdman
Ölkə mətbuatı
A- A+

2020-ci ildə keçiriləcək Avropa çempionatının talismanı məlum olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, turnirin talismanının adı "Skillzy"dir. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. "Skillzy" ingilis dilindən tərcümədə "vərdişlər" ("skills") deməkdir.

Yeni talismanın sərbəst futbol oyunçularının ("Freestyler") keyfiyyətlərini özündə birləşdirdiyi bildirilir.

Talismanın təqdimatına məşhur fristaylerlər - Liv Kuk və Tobias Beks dəvət olunub. Onlar AÇ-2020-nin seçmə mərhələsinin 2-ci turu çərçivəsində keçirilən Hollandiya - Almaniya oyunundan (2:3) əvvəl baş tutan rəsmi təqdimat zamanı "Skillzy"lə birgə topla oynamaq məharətlərini nümayiş etdiriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/741519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR