"Həyəcan təbili hələ Azərbaycanla oyunda çalınmışdı" - Modriç

"Həyəcan təbili hələ Azərbaycanla oyunda çalınmışdı" - Modriç
18:27 25 Mart 2019
81 İdman
Ölkə mətbuatı
A- A+

Öz gücümüzü göstərə bilmədik. Həyəcan təbili hələ Azərbaycanla oyunda çalınmışdı. Ancaq həmin görüşdə birtəhər qalib gələ bilmişdik. İndi isə hamımız üçün növbəti şok yaşandı.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu sözləri Xorvatiya millisinin kapitanı Luka Modriç AÇ-2020-nin seçmə mərhələsinin ikinci turunda Macarıstana uduzduqları (1:2) oyundan sonra deyib.

"Real Madrid"in yarımmüdafiəçisi "germanijak.hr"a açıqlamasında Avropa çempionatında uğursuzluğu özləri üçün fəlakət adlandırıb: "Bu cür davam etsək, Avropa çempionatına vəsiqə bizim üçün böyük problemə çevriləcək. Buna görə də hamımız ayılmalıyıq. Daha yaxşı oynamalı və keçmişdə olan uğurlarımızı unutmalıyıq. Bu, futboldur, sevinc və bayram etməyə vaxt yoxdur. Hamının nəzərləri bizim üzərimizdədir. Bəli, biz dünya çempionatında böyük uğur əldə etdik, amma gələcəyə də baxmalıyıq. Avropa çempionatına vəsiqə qazanmasaq, böyük fəlakət olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/741512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR