“Səhər poçtu”nun əfsanəvi aparıcısı XƏSTƏXANALIQ OLDU

“Səhər poçtu”nun əfsanəvi aparıcısı XƏSTƏXANALIQ OLDU
18:44 25 Mart 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

 

Rusiya televiziyasının qocaman aparıcısı Yuri Nikolaevin səhhətində problem var. Son dörd gündə aparıcı iki dəfə düz yolda yeridiyi zaman yıxılıb, həm də mənzilində.

Lent.az   Rusiya mətbuatına istinadən xəbər verir ki, teleaparıcı həyat yoldaşı Eenora ilə yaşadığı mənzildən təcili yardımla xəstəxanaya aparılıb. Yıxılanda Yurinin başı döşəməyə möhkəm dəyib. Əvvəlcə həkimə müraciət etməyə lüzum görməsələr də axşama yaxın onun qızdırması qalxıb və xəstəxanaya götürməli olublar.

Başını rentgen müayinəsi etdikdən sonra beyin silkələnməsi olmadığına əmin olub gecə saatlarında onu evə buraxıblar.

Bununla belə “Səhər poçtu”nun əfsanəvi aparıcısı Yuri Nikolayev axır vaxtlar tez-tez baş gicəllənməsindən şikayət edirmiş. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/309327

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR