Mey: Deputatların dəstəyi olmazsa, "Brexit" təhlükə altında qalacaq

Mey: Deputatların dəstəyi olmazsa, "Brexit" təhlükə altında qalacaq
04:15 26 Mart 2019
110 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əgər Böyük Britaniya deputatları bu həftə Avropa İttifaqı ilə ölkənin bu qurumdan çıxması üzrə razılaşmanı dəstəkləməsələr "Brexit" uzun müddət ləngiyəcək və ya ümumiyyətlə baş tutmayacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey deputatlara müraciətində deyib.

T.Mey bildirib: "Əgər İcmalar Palatası bu həftə Aİ-dən çıxmaq üzrə razılaşmanı dəstəkləməsə və razılaşmasız çıxmağa hazır olmasa, biz daha uzun möhlət haqqında fikirləşməli olacağıq, bu isə Böyük Britaniyanın Avropa Parlamentinə seçkilər keçirəcəyinə gətirib çıxaracaq və "Brexit"in baş tutacağına zəmanət verə bilməyəcəyik".

Baş nazir Böyük Britaniya üçün doğru qərar mayın 22-nə qədər Avropa İttifaqı ilə razılaşmanı imzalayıb Aİ-ni tərk etmək olduğundan əmin olduğunu bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3037011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR