"Qarabağ" - "Split" oyununun saatı açıqlandı

"Qarabağ" - "Split" oyununun saatı açıqlandı
20:07 14 Yanvar 2015
135 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın 6 yoxlama oyununa çıxacağını xəbər vermişdik. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu ilk sınaq matçına yanvarın 17-də çıxacaq və Xorvatiyanın "Split" klubu ilə qarşılaşacaq.


Artıq oyunun keçiriləcəyi məkan və başlama saatı dəqiqləşib. Bakı vaxtı ilə saat 17.00-da start götürəcək qarşılaşma Bələkdəki "Piapilyon" otelinə məxsus futbol meydançasında baş tutacaq.


Yanvarın 21-də baş tutacaq "Sürix"lə qarşılaşmanın da saatı və yeri müəyyənləşib. Bakı vaxtı ilə saat 17.30-da başlayacaq matç "Qarabağ"ın məskunlaşdığı "İC Santai" otelinin futbol meydançasında keçiriləcək


"Qarabağ"ın yoxlama oyunlarının proqramı belədi:


17 yanvar: Qarabağ - Split (Xorvatiya)

21 yanvar: Qarabağ - Sürix (İsveçrə)

24 yanvar: Qarabağ - Levski (Bolqarıstan)

27 yanvar: Qarabağ - Legiya (Polşa)

29 yanvar: Qarabağ - Mordoviya (Rusiya)

31 yanvar: Qarabağ - Tarqu Mureş (Ruminiya)


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR