Şəbnəm xarici ölkə mətbuatında:

Türkiyə mətbuatı müğənni Şəbnəm Tovuzludan yazıb.

Metbuat.az xəbər verir ki, "Azərbaycanın Sibel Canı" adlandırılan Şəbnəmə təriflər yağdırılıb. "Ötən il çıxardığı "Xəstəyəm" adlı mahnı ilə diqqət çəkən azərbaycanlı sənətçi Şəbnəm Tovuzlu yeni mahnısı "Unutmadınmı?" ilə gündəmdədir.

Klipi ilə ölkəsində rekord qıran Tovuzlu xarici görünüşü və səsiylə "Azərbaycanın Sibel Canı" olaraq tanınır. Türkiyənin sənətçilərini yaxından izlədiyini deyən Şəbnəm bildirib ki, ən çox sevdiyi müğənni səsi və səhnədəki davranışı ilə Sibel Candır.

O Türkiyədə də mahnılarının sevilməsini istəyir" - deyə, qardaş ölkə mətbuatı yazıb.

Qeyd edək ki, Tovuzlunun "Unutmadınmı?" klipi Yutubda 1 aya 6 milyon izlənib.

Ələkbər Yasamallı Aydınla arxiv FOTOSUNU paylaşdı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR