Bakıda ticarət mərkəzində baş verən yanğında 10 nəfər yüngül xəsarət alıb

Bakıda ticarət mərkəzində baş verən yanğında 10 nəfər yüngül xəsarət alıb
10:47 26 Mart 2019
30 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 10 nəfər tüstüdən zəhərlənib. 
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, bu barədə 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi məlumat verilib. 
Qeyd olunub ki, həmin şəxslər müayinə olunduqdan sonra buraxılıb.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov "Report"a bildirib ki, hadisə ilə əlaqədar şöbəyə gətirilən olmayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/bakida-ticaret-merkezinde-bas-veren-yanginda-10-nefer-yungul-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR