Fövqəladə hallar naziri: “Bu, ciddi yanğındır...”

Fövqəladə hallar naziri: “Bu, ciddi yanğındır...”
10:54 26 Mart 2019
104 Digər
Ölkə mətbuatı
A- A+

“Ticarət mərkəzinin çöl hissəsi alkaponla üzlənib, bunlar yanan maddələrdir”.

 

ONA-nın müxbiri hadisə yerindən xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

 

K. Heydərov bildirib ki, binanın içərisində yanğınsöndürənlər xüsusi geyimlərlə yanğının söndürülməsində iştirak edirlər, bayırdan isə yanğınsöndürən maşınlar yanğının söndürülməsinə cəlb olunub: “Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tiklilərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Artıq yanğın lokallaşdırılır, açıq alovlar məhdudlaşır”.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/309353

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR