Rusiya-NATO savaşındə nələr olacaq? - Ssenari

Rusiya-NATO savaşındə nələr olacaq? - Ssenari
11:32 26 Mart 2019
110 Dünya
Ölkə mətbuatı
A- A+

"National İnterest" nəşri Avropada Rusiya ilə NATO arasında müharibənin başlamasını modelləşdirərək alyansa Moskvanı neytrallaşdırmağın yolunu göstərib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, nəşrin dərc etdiyi məqalənin müəllifi Maykl Pek ABŞ-ın Srateji və Büdcə Qiymətləndirməsi Mərkəzinin apardığı tədqiqatlara istinad edib.

Sözügedən tədqiqatlar nəticəsində məlum olub ki, Rusiya ordusu mümkün müharibə zamanı müttəfiqlər məsələyə müdaxilə etməyə macal tapmamış Estoniya, Latviya və Litvanın bir hissəsini ələ keçirmək iqtidarındadır.

"Avropa qitəsində Rusiya ilə hətta məhdudlaşdırılmış müharibə zamanı məğlubiyyət alyansın birliyi üçün ölümcül ola bilər", - Pek sənədi təhlil edib.

Ekspertlərin fikrincə, müttəfiqlərini müdafiə edə bilməməsi alyans üzvlərinin ABŞ-a etimadını əhəmiyyətli dərəcədə zəiflədəcək və Avropada geosiyasi dəyişikliklərə gətirib çıxaracaq.

Moskvanın əsas üstünlüyü coğrafi mövqe və Rusiya hərbi bazalarının yerləşməsidir.

Sözügedən ssenaridən qaçmaq üçün ekspertlər "müdafiə sistemi" təklif ediblər. Bu sistemə əsasən, Polşa Şərqi Avropanın müdafiəsində açar rol oynayacaq. Məqalə müəllifləri NATO-nu Polşada diviziya yerləşdirməyə çağırıblar.

Ekspertlər hesab edir ki, müharibə zamanı Polşa ordusu müqavimət göstərməklə NATO qüvvələrinin möhkəmlənməsinə kömək edə, həmçinin kəşfiyyat fəaliyyəti ilə məşğul ola bilər.

Bununla yanaşı məqalədə Polşanın sovet dönəmindən qalma silahlarının köhnəldiyi, onları müasir silahlarla əvəz etmək üçün çoxlu maliyyə lazım olduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/741624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR