Sabiq krala qarşı atalıq iddiası

Sabiq krala qarşı atalıq iddiası
20:08 14 Yanvar 2015
111 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Məftun Salmanov/

İspaniya Ali Məhkəməsi ölkə Kralı VI Filipin atası olan I Xuan Karlosa qarşı atalığın tanınması haqqında iddiaya baxacaq.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, iddianı belçikalı İnqrid Sartiau ötən ilin ortalarında qaldırmışdı. İ.Sartiau anasının sabiq kralla münasibətdə olduğunu sübut etməlidir.

Həmin vaxt X.Karlos oğlu Filipə görə taxt-tacdan əl çəkmişdi.

Daha əvvəl belə iddialar rədd edilirdi. Çünki İspaniya Konstitusiyasına əsasən, Kral toxunulmazdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR