Tüfənglə həmkəndlisinin itini vuran şəxs saxlanıldı

Tüfənglə həmkəndlisinin itini vuran şəxs saxlanıldı
18:05 26 Mart 2019
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabadda tüfənglə həmkəndlisinin itini vuran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, martın 25-də Sabirabad rayonunun Moranlı kənd sakinlərindən biri rayon Polis şöbəsinə ərizə ilə müraciət edib həmin gün saat 12 radələrində, ona məxsus itin həmkəndlisi A.İsmayılov tərəfindən tüfəngdən açılmış atəşlə vurulmasını bildirib.

Polis əməkdaşları tərəfindən A.İsmayılov saxlanılıb, ondan 1 ədəd müvafiq sənədləri olmayan "TOZ" markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Bundan başqa, Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Aşağı Ləki kənd sakini H.Əliyevdən 1 ədəd müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/741770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR