Ronaldu zədəsi haqda açıqlama verdi

Ronaldu zədəsi haqda açıqlama verdi
18:12 26 Mart 2019
115 İdman
Ölkə mətbuatı
A- A+

Dünən AÇ-2020-nin seçmə mərhələsinin Serbiya ilə səfər oyununda (1:1)  zədələnən  Portuqaliya  millisinin kapitanı Kriştianu Ronaldu vəziyyətindən danışıb.

Milli.Az bildirir ki, goal.az-ın "Football İtalia" nəşrinə istinadən yaydığı xəbərə görə, 34 yaşlı hücumçu zədəsinin ciddi olmadığını bildirib:

"Bu zədəyə görə narahat deyiləm. Öz bədənimi tanıyıram. Düşünürəm ki, mənə təxminən 2 həftə vaxt lazımdır. Bundan sonra hər şey qaydasında olacaq".

Qeyd edək ki, Serbiya ilə matçda sol ayaq əzələsini dartan "Yuventus"un forvardı 30-cu dəqiqədə öz istəyi ilə əvəzlənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/741748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR