Yeni internet xidməti işə düşdü

Yeni internet xidməti işə düşdü
20:17 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Google internet şirkəti ABŞ-da bütün arzu edənlər üçün domen adlarının qeydiyyatı üzrə Google Domains servisini istifadəyə verib.
 
Googleun ilk dəfə ötən ilin iyununda təqdim etdiyi Google Domains əvvəlcə sınaq rejimində işə salınıb. O zaman xidmətdən istifadə yalnız dəvət ilə həyata keçirilib. Hazırda isə ondan ABŞ-ın bütün sakinləri yararlana bilər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət nümayəndələrinin sözlərinə görə, yeni xidmət biznes təşkilatlarına saytın yaradılması üçün orijinal domen adı tapmaq və almağa kömək edəcək. Google Domains istifadəçilərə saytların yaradılması üçün nümunələr, məhsul qiymətlərinin müqayisəsi üçün alətlər, saytın idarə olunması üçün şəxsi kabinet, Blogger servisi ilə korporativ bloqların sinxronlaşdırılması üçün inteqrasiya təqdim edir.
Google Domains vasitəsilə domenləri satmaq və almaq, eləcə də domendə 100-dək elektron poçt ünvanı yaratmaq mümkündür. İstifadəsi mümkün olan domen zonaları arasında .coffee, .us, .company, .academy və s. var. Yeni servisdə Googleun tərəfdaşları qismində Squarespace, Wix, Weebly və Shopify hostinq provayderləri çıxış edir.
 
Xidmətdən digər ölkələrdə nə vaxt istifadənin mümkün olacağı barədə hələ ki məlumat yoxdur. Lakin istifadəçilər şirkətin Google Domains beynəlxalq miqyasda istifadəyə verilməzdən əvvəl göndərəcəyi bildirişlərə abunə ola bilərlər.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR