BMT-də "Bakı Prosesi"nin təqdimatı olacaq

BMT-də "Bakı Prosesi"nin təqdimatı olacaq
20:22 14 Yanvar 2015
100 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 27-də ABŞ-ın Nyu York şəhərində yerləşən BMT-nin Baş qərargahında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, BMT yanında daimi nümayəndəliyimiz və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə "Bakı Prosesi" və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi keçiriləcək.
 
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbir ölkə başçısı İlham Əliyevin ideyası əsasında 2010-cu il sentyabrın 23-də BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında qərara alınan və onun tərəfindən dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 5 illik yubileyinə həsr olunur. 2011 və 2013-cü illərdə keçirilmiş forumlar Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunması, nüfuzunun yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətinin artmasına, eləcə də Azərbaycanın qitələrarası və sivilizasiyalararası əməkdaşlıq məsələlərində çox mühüm dövlət kimi qəbul olunmasında rol oynayıb.
 
Dünyanın nüfuzlu siyasi xadimləri, BMT sistemində fəaliyyət göstərən təşkilat və qurumların rəhbər şəxsləri, katibliyin rəsmiləri və ABŞ-da, həmçinin BMT-də fəaliyyət göstərən müxtəlif ölkələrin diplomatik nümayəndəlik və səfirliklərinin nümayəndələrinin tədbirdə iştirakı nəzərdə tutulur. Həmçinin, qonaqların şərəfinə xüsusi ziyafət təşkil olunacaq.
 
Tədbir çərçivəsində ölkəmizin mədəniyyətlərarası dialoq məkanı kimi təbliğinə xidmət edən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan filmin təqdimatı və xüsusi sərgi nümayiş olunacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR