İnternetdən aldığı şey görün nəyə səbəb oldu?

Dənizlidə universitet tələbəsi Əli Ç (27), evində intihar edib.

Metbuat.az türk mediasına istinadla xəbər verir ki, meyiti yaran 2 həkim, Ali Ç.nin sianidlə həyatına son verdiyini müəyyənləşdirib.

Narahatlıq yaşayan 2 həkim, bir müddət müşahidə altına alınıb. Əli Ç.nin yaşadığı 5 mərtəbəli bina boşaldılarkən, AFAD qrupları ölçü aparmaq üçün binaya gəlib.

Çamlaraltı Məhəlləsindəki bir dairədə 3 tələbə yoldaşıyla birlikdə yaşayan Pamukkale Universiteti İnşaat Mühəndisliyi 4-cü kurs tələbəsi Əli Ç, bilinməyən bir səbəblə intihar edib. Bu gün saat 01.00 sıralarında yoldaşları, Əli Ç.nin hərəkətsiz bədənini tapıb.

Əli Ç.nin cəsədi, meyitin yarılması üçün Pamukkale Universiteti Xəstəxanası Ədli Tibb Təşkilatı meyitxanasına aparılıb. Meyiti yaran 2 həkim, ölüm səbəbinin sianid olduğunu müəyyən edib.

Ancaq bu 2 həkim, özlərin yaxşı hiss etməyincə xəstəxanada bir müddət müşahidə altında saxlanılıb.

. Polis briqadaları, 5 mərtəbəli binaya gələrək, burada yaşayanları təxliyə edib. Binanın ətrafına təhlükəsizlik zolağı bağlayan briqadalar, binaya girişləri dayandırıb. Saat 14.15 sıralarında hadisə yerinə gələn AFAD qruplarının fəaliyyəti davam edir. Digər tərəfdən, gəncin yoldaşlarının, Əli Ç.nin sianidi bir müddət əvvəl internetdən satın aldığını söylədikləri öyrənilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR