Azərbaycanlı gəncin layihəsi "Creative Business Cup 2019" yarışmasında 168 layihə arasından seçildi

Azərbaycanlı gəncin layihəsi "Creative Business Cup 2019" yarışmasında 168 layihə arasından seçildi
10:43 28 Mart 2019
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"NORSU CMS" kurslar üçün hazırlanmış idarəetmə sistemidir.

Günümüzdə kursların böyük bir qismi bütün məlumatları "Exel"də tutur və hesabatları bu üçüncü partiya proqramı ilə edirlər. Bu isə tamamən riskli metoddur. Kompüterin başına gələ biləcək hər hansı bir bədbəxt hadisə və ya virus u məlumatlara zərər verə, hətta silinə bilər.

Kurslarda yaşanan və ya yaşana biləcək bu tip problemlərin qarşısını almaq üçün gənc proqramçı Musa Abbasov "NORSU CMS" adını verdiyi veb üzərində işləyən idarəetmə sistemini hazırlamışdır. NORSU CMS məlumatların silinməsinin qarşısını almaqdan əlavə, kursların saatlarla vaxtını aparan işləri sadəcə bir neçə kliklə həll edir. Xatırladaq ki, Musa Abbasovun bu layihəsi "Creative Business Cup 2019" yarışmasında Azərbaycan üzrə iştirak edən 168 layihə arasında qalib gələn 19 layihədən biridir.

"NORSU CMS" ilə bütün filiallarınızı sistemə əlavə edib, kursun bütün filiallarını tək bir nöqtədən idarə edə bilmək mümkündür. Sistemdə filial yarada bilər, direktorları, menecerləri, müəllimləri qeydiyyata salıb bu filiallara təyin edə bilər, müəllimlərin maaşlarını faizə, iştirak sayına və stabil olmaq üzərə 3 fərqli metodla yalnızca 1 kliklə hesablaya bilər, kursun detallı statistikasını ala bilərsiniz.

Ən önəmlisi də kursda dərs alan tələbələrin ödənişlərinə nəzarət edə bilmək mümkündür. Sistemdə tələbə qeydiyyatdan keçirərkən tələbənin təməl məlumatları ilə yanaşı, neçə dərs alacağını, hansı müəllimin hansı sinifində dərs alacağını və ödənişini qeyd edirsiniz. Və müəllimin elektron jurnalda əlavə edəcəyi +, - və qayıb əsasında sistem avtomatik olaraq tələbənin neçə dərs sayının qaldığını hesablayıb ödəniş cədvəlində göstərir. Dərs sayı azalan tələbə bu siyahıda ən üst sırada çıxmağa başlayır və beləliklə ödəniş tarixi yaxınlaşan tələbə siyahıda gözdən qaçmır.

Yaxın gələcəkdə əlavə ediləcək funksiya ilə birlikdə tələbə də sistemə qoşula biləcək və özünə aid olan məlumatları (nə qədər ödəniş etdiyini, ən son ödəniş etdiyi tarixi, neçə dərsinin qaldığı) görə biləcək.

"NORSU CMS" yuxarıda sayılan funksiyalarla birlikdə 20-dən çox funksiyaya sahibdir və bu rəqəm müştərilərin verdiyi təklif və ideyaların gerçəkləşməsi ilə artmağa davam edir.

Daha ətraflı məlumat üçün: https://www.norsucms.org/

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3037932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR