"Airbus" "Boeing"i geridə qoydu

20:43 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Məftun Salmanov/

Avropanın iri aviaistehsalçısı "Airbus" şirkəti 2014-cü ildə sifarişlərin sayına görə ABŞ-ın "Boeing" korporasiyasını qabaqlayıb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, "Airbus" ötən il 1456, "Boeing" isə 1432 sifariş alıb.

Sifarişlərin çoxu dar füzelyajlı təyyarələrin (1321) payına düşüb. Qalan 135 sifariş isə geniş füzelyajlı təyyarələr olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2353346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR