Almaniyada ilin ən pis sözü seçildi

20:53 14 Yanvar 2015
218 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Məftun Salmanov/

Almaniya Dil Birliyi 2014-cü ilin ən pis sözünü seçib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu, "Qərbin islamlaşmasına qarşı vətənsevər avropalılar" (PEGIDA) hərəkatının tez-tez işlətdiyi "Lügenpresse" (yalançı mətbuat) sözüdür.

Bu söz müstəqil mətbuatı ləkələmək üçün Adolf Hitler tərəfindən də işlədilib.

Birlik 2013-cü ildə "Sozialtourismus" (sosial turizm), 2012-ci ildə "Opferabo" (qurban abunəliyi) və 2011-ci ildə "Dönermorde"ni (dönər cinayətləri) ilin ən pis sözləri seçmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2353361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR