Android hədəfdədir

Android hədəfdədir
20:57 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Networkworld nəşri 2014-cü il üçün internet təhlükəsizliyi sahəsində aparıcı şirkətlərin hesabatlarının icmalını dərc edib. Mütəxəssislər kibercinayətkarların bu və ya digər dövlətlərin xeyrinə gələcək fəaliyyətin siyasiləşməsi və sənaye casusluğunun genişləndirilməsi ilə bağlı proqnozlarla yanaşı, kibertəhlükəsizlik sahəsində hazırkı vəziyyəti xarakterizə edirlər.
 
Verizon şirkətinin informasiya sızması ilə müşayiət olunan kiberinsidentlər haqqında hesabatında kiberhücumların doqquz əsas ssenarisi göstərilərək xarakterizə olunub. Şirkət ekspertləri xüsusilə qeyd edirlər ki, kiberhücum faktı və informasiya sızmasının aşkarlanması arasında bir neçə ayadək vaxt ötür ki, bu da yolverilməzdir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Cisco şirkətinin hesabatında qeyd olunur ki, cinayətkarlar getdikcə daha çox sənaye və kənd təsərrüfatı müəssisələrini hədəf seçirlər. Bununla yanaşı, pərakəndə satış şəbəkələrinin və ödəniş terminallarının kompüter infrastrukturuna hücumlar cinayətkarlar üçün gəlir mənbəyi olaraq qalır. Mobil qurğular üçün zərərli proqram təminatına gəlincə, şirkət ekspertlərinin qiymətləndirməsinə görə, bu proqramların 99 faizi Android əməliyyat sisteminə qarşı yönəlib.
 
Microsoft korporasiyasının Security Intelligence Report (SIR) hesabatına əsasən, kibertəhlükəsizlik baxımından daha çox boşluqlar əməliyyat sistemlərinin köhnə versiyalarının idarəetməsi ilə işləyən qurğularda rast gəlinir. Mühafizə tədbiri kimi ekspertlər yenilənən, real vaxt rejimində işləyən antivirus proqram təminatından istifadəni tövsiyə edirlər. İkifaktorlu autentifikasiya və kriptoqrafik mühafizəli parollar da müxtəlif hücumların qarşısını almağa kömək edir.
 
Akamai şirkətinin mütəxəssisləri hesab edirlər ki, DDoS hücumlardan getdikcə daha çox istifadə olunur. Bu, internet bağlantılarının sürətinin artırılması, eləcə də fərdi kompüterlərdən trafikin təşkilli üçün bot qismində istifadəsi ilə izah olunur. Həmçinin dəfetmə texnikasının tətbiqi və SSDP və UPnP kimi protokollardan istifadə etməklə yeni növ hücumlar yaranıb. Hesabata görə, DDoS hücumlar əsasən ABŞ ərazisindən həyata keçirilir.
 
Mütəxəssislərin fikrincə, anonimayzerlər, fayl mübadiləsi servisləri, fayl saxlancı, sosial şəbəkə, Əşyaların interneti xidmətləri və məsafəli inzibatçılıq sistemləri təhlükə mənbəyidir.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR